Slimfit
  1. İDMAN

Gənc karateçilərimiz Macarıstandan 3 qızıl, 5 bürünc gətiriblər

Gənc karateçilərimiz Macarıstandan 3 qızıl, 5 bürünc gətiriblər
Sakura

Gənc karateçilərimiz Macarıstandan 3 qızıl, 5 bürünc gətiriblər

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirini 8 medalla başa vurublar. 

Oxu.Az Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, ənənəvi turnirə 36 ölkədən 1875 karateçi qatılıb. 

Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi komandanın üzvlərindən 16-17 yaşlı gənclərdə Hüseyn Məmmədli (61 kq), Ayla Rzazadə (-59 kq), həmçinin 21 yaşadək gənclər arasında Murad Hacızadə (+84 kq) qızıl medal qazanıblar.

Böyüklər arasında da özünü sınayan M.Hacızadədən (+84 kq) başqa 16-18 yaşlı gənclərdən Sultan Hüseynov (-55 kq), Tale Yaqubov (-68 kq), 21 yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (-67 kq) və Fidan Teymurova (-50 kq) bürünc mükafata sahib olublar. 

Ənənəvi “Budapeşt Open” tunririnə 36 ölkədən 1875 karateçi qatılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR