Slimfit
  1. MARAQLI

Gəmidə boş qalan vaxtı necə dəyərləndirmək olar?

Gəmidə boş qalan vaxtı necə dəyərləndirmək olar?
Sakura

Gəmidə boş qalan vaxtı necə dəyərləndirmək olar?

Kitab oxumaq

Marağınız nə qədər az olsa da, gəmiyə gedərkən özünüzlə bir neçə kitab götürməyiniz məsləhətdir. Kayutunuza çəkilib, sakit bir ortamda oxunan kitab ruhunuzu rahatlaşdıracaq. 

Musiqi alətində ifa etmək

Yaxşı musiqi duyumunuz, yaxud hanısa alətdə ifa etmək bacarığınız varsa, gəmi sizin üçün ideal məkandır. Gəmidə xüsusi dərslərə qatılmaq kimi bir imkanınız yoxdur, amma internetdən tapdığınız dərs videoları ilə özünüzü inkişaf etdirə bilərsiniz.

Film izləmək

Günün sonunda, axşam yeməyindən sonra gözəl bir film izləməyi kim istəməz ki? Buna görə də dənizə çıxarkən özünüzlə bir neçə film götürməyi unutmayın. Bununla siz gəmidə yaxşı vaxt keçirə bilərsiniz.

İdman etmək

Hər halda çoxunuz yorucu günün sonunda idman etmək istəməzsiniz. Başa düşüləndir. Amma davamlı idmanla məşğul olmaqla ideal bədən quruluşuna sahiblənə bilərsiniz. İdman sağlamlığınıza da yaxşı təsir göstərəcək. Özünüzə inamı artıracaq. İdmanı tək etmək məsləhət deyil, həmkarlarınıza qoşulsanız daha yaxşı olar.

Söhbətləşmək

Yuxarıda saydıqlarımız bir yana, salon bir yana…

Arada yorğunluğunuzu çıxarmaq üçün kayutunuza da çəkilə bilərsiniz. Amma heyətlə ünsiyyət çox vacibdir.

Ümumi salona gedin..Danışın…Dinləyin…Yeni insanlarla tanış olun və s…

 

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR