Slimfit
  1. İDMAN

Gələn mövsüm Premyer Liqamızda hansı klubları görəcəyik?

Gələn mövsüm Premyer Liqamızda hansı klubları görəcəyik?
Sakura

Gələn mövsüm Premyer Liqamızda hansı klubları görəcəyik?

Azərbaycan Premyer Liqası növbəti mövsüm də eyni səkkiz komanda ilə mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, bunu bu gün AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının keçirdiyi iclas təsdiq edir. 

Sözügedən iclasda 2019/2020-ci il mövsümündə UEFA-nın klub və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. İclasın nəticəsinə əsasən Premyer Liqanın sonuncusu olan “Keşlə” klubu elitanı tərk etməyəcək. I divizionun qalibi MOİK isə lisenziya ala bilmədiyindən, Premyer Liqada mübarizə apara bilməyəcək.

Beləliklə, AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2018) 8-ci maddəsinə əsasən aparılmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Qarabağ” FK, “Qəbələ” İK, “Neftçi” PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Səbail” PFK.

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Keşlə” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Keşlə” FK, “Sabah” FK.

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Kəpəz” PFK, “Ağsu” FK, MOİK FK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Şüvəlan” PFK, “Zaqatala” FK.

Lisenziya iddiaçısı lisenziya verilməsindən imtina haqqında bildiriş məktubu aldığı tarixdən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir.

UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. 

Məlum olduğu kimi, “Səbail” PFK Azərbaycan Premyer Liqasında iştirak edir və AFFA “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarının tələblərinə uyğun olaraq, “Səbail” PFK ilə bağlı müstəsna prosedurun tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Səbail” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. UEFA təqdim olunmuş sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirib və yaxın günlərdə bununla bağlı rəsmi cavabı AFFA-ya ünvanlayacaq.

Onu da bildirək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2018) 13-cü maddəsinə müvafiq olaraq, 2019/2020-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR