Slimfit
  1. İQTİSADİYYAT

Gələn ilin pensiya artımı belə hesablanacaq

Gələn ilin pensiya artımı belə hesablanacaq
Sakura

Gələn ilin pensiya artımı belə hesablanacaq

"2022-ci ildə 839,4 manat olan orta aylıq nominal əməkhaqqının 2023-cü ildə 930 manat olması proqnoz edilir. Bu isə o orta aylıq nominal əməkhaqqının 10,7 faiz artması deməkdir.  Buna görə də  gələn ilin əvvəlində pensiyaların 11% artırılacağını söyləmək olar". 

Ens.az Cəbhə.info-a istinadən xəbər verir ki,  bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, 2024-cü ildə isə orta aylıq nominal əməkhaqqının 5,37 faiz artaraq 980 manata çatacağı  proqnoz edildiyi üçün 2025-ci ilin yanvarında  pensiyaların daha 6 faiz artırılacağını ehtimal etmək olar:

"Sadə rəqəmlərlə ifadə etsək deyə bilərik ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaqdır. 

Əlbəttə, bu, verilən orta aylıq nominal əmək haqqı proqnozlarına görə olan hesablamalardır. 2024-cü ilin əvvəlində gözlənilən 11 fazilik artımın baş vermə ehtimalı daha çox, 2025-ci ilin əvvəlinə isə bir neçə faizli nisbi xəta mümkündür".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR