Dərc edildi: Baxış sayı: 429
Gələn ilin dövlət büdcəsindən AQTA-ya ayrılacaq vəsaitin məbləği açıqlanıb
Gələn ilin dövlət büdcəsindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) ayrılacaq vəsait artırılır.
“Report” xəbər verir ki, 2019-cu ilin büdcəsindən agentliyə 10 milyon 201 min 599 manat ayrılması planlaşdırılır.
Bu məbləğ 2018-ci ildəki vəsaitdən 8 696 465 manat çoxdur.
Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət