Slimfit
  1. İQTİSADİYYAT

Gələn ildən məşğulluğun təminatı sahəsində yeni proqramlara başlanacaq

Gələn ildən məşğulluğun təminatı sahəsində yeni proqramlara başlanacaq
Sakura

Gələn ildən məşğulluğun təminatı sahəsində yeni proqramlara başlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gələn ildən məşğulluq sahəsində yeni məqsədli proqramlara başlamağı nəzərdə tutur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu proqramlar əhalinin həssas qruplarının, sosial müdafiəyə xüsusi ehtiyacı olanların, həmçinin işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına xidmət edəcək. “Məşğulluq haqqında” Qanuna əsasən də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün məqsədli proqramlar da həyata keçirilə bilər.

İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcə layihəsində fonddan gələn il məşğulluq sahəsində məqsədli proqramların həyata keçirilməsi üçün də vəsait ayrılması nəzərdə tutulub.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR