Slimfit
  1. İQTİSADİYYAT

Gələn ildən Azərbaycan fermerlərinə subsidiyalar Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə veriləcək

Gələn ildən Azərbaycan fermerlərinə subsidiyalar Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə veriləcək
Sakura

Gələn ildən Azərbaycan fermerlərinə subsidiyalar Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə veriləcək

Gələn ildən etibarən Azərbaycanda fermerlərə subsidiyalar Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə veriləcək. ONA-nın məlumatına görə, bunu ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.

Nazirin sözlərinə görə, ötən il nazirliyin prioritet vəzifələrindən birini Elektron Kənd Təsərrüfatı Sisteminin yaradılması təşkil edib.

"Sistemin istifadəyə verilməsi dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək, subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Növbəti ildən subsidiyalar məhz bu sistem vasitəsilə veriləcək. Elektron sistem fermerlərə öz əkinlərini bazarın tələbinə uyğun düzgün planlaşdırmağa kömək edəcək, həmçinin bazarda məhsullar üzrə tələb-təklifin düzgün proqnozlaşdırılmasını asanlaşdıracaq. Bu günə qədər 100 mindən çox fermer sistemdə qeydiyyatdan keçib", - deyə İ. Kərimov qeyd edib.

Nazir bildirib ki, fermerlərə dövlət dəstəyinin təkmilləşdirilməsi üçün subsidiyaların verilməsinin yeni qaydalarının layihəsi hazırlanıb.

İ. Kərimov onu da əlavə edib ki, kənd təsərrüfatında innovasiyaların tətbiqi, mütərəqqi həllər və texnologiyalardan daha geniş istifadənin təmin olunması da nazirliyin əsas vəzifələrindəndir: "Bu məqsədlə Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb. Həmçinin nazirliyin elmi-tədqiqat institutları araşdırmalarını innovativ yeniliklərin fermerlərə ötürülməsi istiqamətində qurublar".

İ. Kərimov həmçinin bildirib ki, fermerlərin bacarıqlarının artırılması və maarifləndirilməsi üçün xüsusi təlim strategiyası hazırlanıb. Bilavasitə yerlərdə fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsinə başlanılıb.

"Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb. Nazirliyin dəstəyi ilə son 6 ay ərzində 11 fermer assosiasiyası yaradılıb", - deyə İ. Kərimov bildirib.

İ. Kərimov onu da əlavə edib ki, cari ildə mineral gübrə və pestisidlərlə təminatla bağlı hazırlıq işləri tam yekunlaşıb. Fermerlərin texnika ilə təchiz olunması diqqətdə saxlanılıb. Ötən il "Aqrolizinq" tərəfindən 6 046 ədəd müasir texnika, o cümlədən 108 ədəd pambıqyığan və 250 ədəd taxılyığan kombayn alınıb.

Kənd təsərrüfatı naziri fermerlərin qayğılandıran digər məsələlərdən biri də kiçikhəcmli kreditlərə çıxışın asanlaşdırılması və təbii hadisələrə qarşı aqrar sığortanın tətbiq edilməsi olduğunu bildirib və xatırladıb ki, fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il Aqrar İnkişaf və Kredit Agentliyi yaradılıb.

"Artıq bu ildən fermerlər texnikanı "Aqrolizinq"dən deyil, 40% güzəşt və 5 il faizsiz, damazlıq heyvanları isə 60% güzəşt və 3 il faizsiz kredit tətbiq edilməklə istədikləri şirkətdən ala biləcəklər", - deyə nazir qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR