Dərc edildi: Baxış sayı: 530
Gələn il yaşayış yeri olmayan hərbi qulluqçulara kompensasiya ödənişi üçün 67,8 mln. manat ayrılıb
Gələn ilin dövlət büdcəsi layihəsində yaşayış yeri olmayan hərbi qulluqçulara kompensasiyanın ödənilməsi üçün ayrılan vəsaitin həcmi artırılır.
"APA-Economics"in məlumatına görə, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyasının məbləğinin 2019-cu ildə orta hesabla 2,5 dəfə artırılması da nəzərə alınmaqla, bu məqsədlə 2020-ci ilin dövlət büdcəsində 67,8 mln. manat vəsait nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət