Gələn il hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 16% artacaq
Gələn il hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 211 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 29 mln. manat və ya 15,9% çoxdur.
“Report” xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, həmin məbləğin 68,7%-i və ya 145 mln. manatı qeyri-neft sektorunun, 31,3%-i və ya 66 mln. manatı neft sektorunun payına düşür.
Cari ilin proqnozu ilə müqayisədə əmlak vergisi neft sektoru üzrə 12 mln. manat və ya 22,2%, qeyri-neft sektoru üzrə 17 mln. manat və ya 13,3% çox proqnozlaşdırılır.
“Artımın səbəbi əvvəlki illərdə həm qeyri-neft, həm də neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyalar nəticəsində əsas vəsaitlərin balansa alınması, həmçinin Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsinin nəzərə alınmasıdır”, - deyə büdcə zərfində qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət