Slimfit
  1. AZƏRBAYCAN

Gələn il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları artırılacaq

Gələn il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları artırılacaq
Sakura

Gələn il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları artırılacaq

2019-cu ildə Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu ÜDM-in 4,2%-i həcmində olmaqla 3 451,6 mln. manat nəzərdə tutulur.

Report”un 2019-cu il dövlət büdcə zərfinə istinadən verdiyi xəbərə görə, bu, 2018-ci ilin proqnozundan 261,6 mln. və ya 8,2%, 2017-ci ilin icrası ilə müqayisədə isə 842,8 mln. manat və ya 32,3% çoxdur.

2019-cu ildə Dövlət Gömrük Komitəsinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolma aşağıdakı kimi proqnozlaşdırılır.

Əlavə dəyər vergisi üzrə daxilolmalar 2 293,6 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 73,6 mln. manat və ya 3,3% çoxdur. Artımın səbəbi qeyri-neft idxalının artımla proqnozlaşdırılmasının nəzərə alınması olub.

Aksiz vergisi üzrə daxilolmalar 325 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 153mln. manat və ya 89% çoxdur. Artıma səbəb ölkəyə idxal edilən aksizli mallara nəzərət sisteminin təkmilləşdiriləmisinin proqnozlarla nəzərə alınması olub.

Gömrük rüsümları üzrə daxilolmalar 801 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 33 mln. manat və ya 4,3% çoxdur. Bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı məqsədilə yerli istehsalı olan bir sıra malların idxal rüsumlarının adxalarının dərəcələrinin spesifikə keçidinin nəzərə alınmasıdır.

Yol vergisi üzrə daxilolmalar 32 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin ilin proqnozu ilə müqayisədə 2mln. və ya 6,7% çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR