Dərc edildi: Baxış sayı: 468
Gələn il daha çox mexaniki sayğacların quraşdırılmasına üstünlük veriləcək
Bu il respublika üzrə təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 262 min 242-yə çatıb. Onlardan 1 milyon 234 mini smart sayğacdan istifadə edir. Gələn il abonent sayının 112 min artacağı gözlənilir.
Trend-in məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 29-da ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
R.Əliyev qeyd edib ki, 2020-ci ildə daha çox mexaniki sayğacların quraşdırılmasına üstünlük veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət