Slimfit
  1. AZƏRBAYCAN

Gələn il Azərbaycanın diplomatik fəaliyyətinə ayrılan vəsaitin məbləği məlum olub

Gələn il Azərbaycanın diplomatik fəaliyyətinə ayrılan vəsaitin məbləği məlum olub
Sakura

Gələn il Azərbaycanın diplomatik fəaliyyətinə ayrılan vəsaitin məbləği məlum olub

2020-ci ildə beynəlxalq münasibətlər və beynəlxalq təşkilatlara üzvlükhaqqı xərcləri üçün dövlət büdcəsi xərclərinin 1,5 faizi həcmində və ya 412,8 milyon manat vəsait nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, beynəlxalq münasibətlər və beynəlxalq təşkilatlara üzvlükhaqqı xərclərinin 5,0 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlükhaqqı xərclərinə, 19,0 milyon manatı beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlükhaqqı xərclərinə (BMT-nin Katibliyi, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyinə (MDB), Avropa Şurası və onun qurumları, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatlar), 145,3 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərin və konsulluqların saxlanılması xərclərinə, 12,0 milyon manatı digər beynəlxalq fəaliyyət, xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımlar üzrə xərclərə yönləndiləcək.

Həmçinin 2020-ci ildə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 231,5 milyon manat vasait proqnozlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR