Slimfit
  1. AZƏRBAYCAN

Gələn həftə “Google”, “Forbes” və “Facebook”un nümayəndələri Azərbaycana gələcəklər

Gələn həftə “Google”, “Forbes” və “Facebook”un nümayəndələri Azərbaycana gələcəklər
Sakura

Gələn həftə “Google”, “Forbes” və “Facebook”un nümayəndələri Azərbaycana gələcəklər

Oktyabrın 26-30 tarixlərində keçiriləcək “İnnovasiyalar həftəsi”nin tədbirlərindən biri “Qlobal İnfluenser Günü”nə (Global İnfluencer Day) dünyanın nəhəng şirkətlərindən nümayəndələr iştirak edəcək. 

Bu barədə “Report”a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, onların arasında, “Google”, “Forbes”, “Facebook”, “Vouge”, “Booking.com” kimi dünyanın nəhəng şirkətlərinin mütəxəssisləri də var.

“Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” da Azərbaycana gələcək”, - nazirliyin açıqlamasında deyilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR