Dərc edildi: Baxış sayı: 637
Pensiyaların avtomatlaşdırılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib
Pensiyaların avtomatlaşdırılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, qanun layihəsi ilk oxunuşa verilib.
"Bu böyük təşəbbüsdür. Prezident İlham Əliyevin vətəndaşlara xidmət üçün atdığı bir addımdır. Bu sistem 15 dekabrdan test rejimində başlayacaq. Pensiya yaşına çatmış hər bir vətəndaş ad günündə sms vasitəsilə məlumatlandırılacaq".
Nazir qeyd edib ki, 2019-2020-ci ildən pensiya çıxan şəxslərlə bağlı 2006-ci ildən əvvəlki dövr üzrə hər kəsə 25 il staj təqdim olunmasına dair qərar verilib. Onların pensiyası 35 faiz artacaq: "38 min vətəndaşın pensiyası 48 faiz artacaq. Azərbaycan vətəndaşının mənasız süründürməçiliyinin qarşısı alınacaq. Bu, böyük bir sosial addımdır. Layihənin xərcini Azərbaycan dövləti öz üzərinə götürəcək".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət