Gələcəkdə kiborqlarla sadə insanlar arasında sosial bərabərsizlik yaranacaqmı?
Bu nəinki mümkündür, həmçinin ehtimala əsasən robotlaşdırma, süni intellekt, kiborqlaşdırmaya həsr olunmuş geniş mövzulu müxtəlif elmi tədbirlərdə artıq müzakirə olunur.
Bərabərsizlik cəmiyyətdə təbii olaraq, sürətlə və hətta “doğma-yad” mexanizmi əsasında yaranır. Biz beləyik – onlar belə deyil. Elmdə bu fenomen stiqmatikləşmə, stereotipləşdirmə və s. kimi araşdırırlar. Lakin bərabərsizlik müxtəlif formada yarana və mövcud ola bilər, həmçinin çox şey kimin hakim olmasından asılıdır, yəni kimin “başqalarına” kütləvi sosial münasibəti müəyyən etməsindən asılıdır.
Məs: implantlı insanları “qeyri-real” hesab edə bilərlər və buna görə də onları bəzi imtiyazlardan (hər hansı bir fəaliyyətdə iştirak etmək, ilk növbədə idman yarışlarında) məhrum edə bilərlər. Əksinə əgər hakimiyyətdə fərqli tendensiya varsa: implantsız insanları köhnə və zəif hesab edə bilərlər. Bərabərsizliyin bu iki növü bir-birinə sürətlə keçə bilər və ya uzun müddət davam edə bilər.
Müəllif: Anastasiya Smolina
Tərcümə: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət