Slimfit
  1. TEXNOLOGİYA

Gələcək “iPhone” smartfonlarında yeni barmaq izi skaneri sistemi tətbiq olunacaq

Gələcək “iPhone” smartfonlarında yeni barmaq izi skaneri sistemi tətbiq olunacaq
Sakura

Gələcək “iPhone” smartfonlarında yeni barmaq izi skaneri sistemi tətbiq olunacaq

ABŞ Patent və Əmtəə Nişanları İdarəsi (USPTO) “Apple” şirkətinə mobil qurğular üçün biometrik identifikasiya vasitələrinə patent hüququ verib.

ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət “iPhone” smartfonlarında adi “Touch ID” sensoru əvəzinə, istifadəsi planlaşdırılan yeni barmaq izi skaneri sistemindən gedir.

Məlumata görə, təklif edilən həll qurğunun ön panelini fərqli tərzdə vibrasiya etməyə məcbur edən xüsusi elektroakustik dəyişdiricilərin tətbiqini nəzərdə tutur. Bunun sayəsində smartfonun bütün üst tərəfi daktiloskopik skaner funksiyasını yerinə yetirə biləcək.

Beləliklə, “Apple” yeni “iPhone” modellərini tam çərçivəsiz displeylə təchiz etmək imkanı əldə edəcək – ekran altında ənənəvi “Touch ID” sensoru üçün yerin ayrılmasına ehtiyac qalmayacaq.

Patent üçün müraciət 2016-cı ilin sentyabrında edilib, texnologiya isə aprelin 30-da qeydiyyata alınıb. Yeni texnologiyanın kommersiya qurğularında nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR