Slimfit
  1. SİYASƏT

Gedib-gəlirlər, bundan xəbərim var – İlham Əliyev

Gedib-gəlirlər, bundan xəbərim var – İlham Əliyev
Sakura

Gedib-gəlirlər, bundan xəbərim var – İlham Əliyev

Mən bu gün Sankt-Peterburqa cənab Prezident Vladimir Putinin dəvəti ilə gəlmişəm. Prezident Putinin dəvəti ilə MDB dövlət başçılarının ötən ilin sonunda da qeyri-rəsmi zirvə görüşü keçirilib, bu ilin sonunda da keçirilir. Bu, artıq ənənəyə çevrilibdir və çox gözəl ənənədir. Çünki yaxşı fürsətdir ki, bir daha dövlət başçıları görüşsünlər və gələn il görüləcək işlər haqqında fikir mübadiləsi aparsınlar.

Axar.az xəbər verir ki, bunu dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə çıxış edərkən deyib.

“Mən də bu dəfə Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə görüşürəm. Əvvəllər də bizim görüşlərimiz olubdur, həm Bakıda, həm Sankt-Peterburqda. Amma bu gün bir daha görüşürük və bu, çox əlamətdar hadisədir. Mən bilirəm ki, Sankt-Peterburqda və Leninqrad vilayətində çox böyük Azərbaycan diasporu yaşayır və fəaliyyət göstərir. Uzun illərdir ki, bu təşkilata Vaqif Məmişov sədrlik edir. Bilirəm ki, burada yaşayan azərbaycanlılar Rusiyanın çox dəyərli vətəndaşları kimi həm Rusiyanın ümumi inkişafına töhfə verirlər, həm də ki, tarixi Vətənlə də əlaqələri saxlayırlar, gedib-gəlirlər. Mənim bundan xəbərim var, bu, çox müsbət haldır”, - prezident bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR