Slimfit
  1. İQTİSADİYYAT

Gədəbəy sakini hektara 80 ton kartof əldə edib - kartofun birinin çəkisi isə 1,5 kiloqramdır

Gədəbəy sakini hektara 80 ton kartof əldə edib - kartofun birinin çəkisi isə 1,5 kiloqramdır
Sakura

Gədəbəy sakini hektara 80 ton kartof əldə edib - kartofun birinin çəkisi isə 1,5 kiloqramdır

Gədəbəy sakini dəmyə ərazidə becərdiyi kartofun məhsuldarlığında yüksək nəticə əldə edib.

Xezerxeber.az-ın məlumatına görə, o, hektarlarla sahədən gözlədiyindən iki dəfə çox məhsul götürüb.

Ən böyük kartofun birinin çəkisi isə 1 kiloqram 480 qramdır.

Hektara 75-80 ton məhsul götürən Gədəbəy rayonunun Novoivanovka kənd sakini Həmid Hacıyev dəmyə ərazidə 15 hektardan çox əraziyə 34 növ kartof əkib. Yığdığı məhsul isə gözləniləndən dəfələrlə çox olub. Cəmi iki ildir kartof əkini ilə məşğul olan 53 yaşlı təsərüffat sahibi bu cür məhsuldarlığı torpağa və kartofun becərimləsində düzgün aqrotexniki qulluqla əlaqələndirir.

Toxum seçimi də mütləq şəkildə düzgün seçilməlidir. Təsərrüfat sahibi hesab edir ki, hər bir fermer torpağa düzgün qulluq edərsə bir hektara xərcindən əlavə 10 min manat qazanc əldə edə bilər.

Təsərrüfat sahibi bildirir ki, növbəti il vaxtında suvarılma və sağlam torpaq seçməklə daha böyük nəticələr əldə etmək olar. İndi o, növbəti il üçün hektara 100 ton məhsul götürməyi planlaşdırır. Karotfun birinin çəkisini isə 2 kiloqrama çatdırmaq istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR