Dərc edildi: Baxış sayı: 807
Gecə saatlarında fəaliyyət göstərən kafe sahibi və müştəriləri CƏZALANDIRILDI
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, kafe rayonun Potubəyli kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərib. Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin icarədarı Z.Məmmədov və orada olan beş müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət