Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gec qocalmaq üçün bunları edin! İnsanın bioloji yaşını azaldan üsullar

Gec qocalmaq üçün bunları edin! İnsanın bioloji yaşını azaldan üsullar
Sakura

Gec qocalmaq üçün bunları edin! İnsanın bioloji yaşını azaldan üsullar

İnsanın pasport yaşı və bioloji yaşı var. Bioloji yaş (orqanizmin vəziyyəti) pasport yaşından xeyli az ola bilər.

Belə insanlar hər zaman öz yaşından daha cavan görünür, həmyaşıdlarından daha sağlam və gümrah olurlar. Bioloji yaşı azaltmaq üçün nə etmək lazımdır?  Bu suala ABŞ mütəxəssisləri cavab verib.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər qocalma proseslərini azaltmaq üçün bu kimi qaydalara əməl etməyi tövsiyə edir.

1. Fiziki aktiv olun, daha çox hərəkət edin.

Hərəkətli insanların əzələ kütləsi daha inkişaf etmiş, qanda xolesterin və şəkərin səviyyəsi aşağı olur, immun sisteminin göstəriciləri isə cavan insanlara yaxınlaşır.

Bundan əlavə fiziki aktivlik ürək əzələsini məşq etdirir ki, bu da ürəyi daha sağlam edir. Həmçinin fiziki aktivlik beyinin fəliyyətinə də müsbət təsir edir.   

2. Qidalı liflərlə zəngin olan məhsulları yeyin.

Bu meyvə, tərəvəz, paxlalılar, taxıl bitkilərinə aiddir. Liflər ürək-damar, həzm sistemlərinin sağlamlığı üçün olduqca vacibdir.

Həmçinin lifli qidalar orqanizmi ziyanlı maddələr, toksin, ağır metalların duzları və sərbəst radikallardan təmizləyir ki, məhz bu maddələr orqanizmdə gedən qocalma proseslərini sürətləndirir.

3. Zülalın qəbulunu artırır.

40 yaşdan sonra orqanizm əzələ kütləsini sürətlə itirməyə başlayır. Əzələ kütləsinin azalması beyin funksiyalarının zəifləməsi ilə birlikdə qocalmanın əsas göstəricisidir.

Mütəxəssislər hər qida qəbulu zamanı 20-25 qr zülal istehlak etməyi tövsiyə edirlər. Zülalın ən yaxşı mənbələri: ət, toyuq, balıq, qoz-fındıq, yumurta, süd məhsulları, paxlalılar.

4. Bağırsaqların mikroflorası sağlam olmalıdır.

Bağırsağı "ikinci beyin" adlandırırlar. Bağırsaqların sağlam mikroflorası beyinin fəaliyyətinin zəifləməsi, neyrodegenerativ xəstəliklər, ağıl zəifləyinin riskini azaldır.  

Bağırsaqların mikroflorasını yaxşılaşdırmaq üçün siqaret və spirtli içkilərdən imtina etmək, qidalanmaya kifayət qədər pre- və probiotikləri daxil etmək lazımdır. Süd məhsulları (qatıq, kəsmik, xama, kefir) və kələm turşusu ("molokan kələmi") probiotiklərlə xüsusilə zəngindir. Prebiotiklər isə lifli qidalar deməkdir.

5. Tez-tez açıq havada olun

Açıq havada gəzən insan D vitaminini qəbul edir. Bu vitamin xərçəng və ürək-damar sistemi xəstəliklərindən qoruyur, immun sistemini gücləndirir.

Həmçinin D vitamini orqanizmdə qocalma proselərini ləngidir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR