Slimfit
  1. TEXNOLOGİYA

“Galaxy S10” çox sürətli yaddaş çipi ilə təchiz ediləcək ilk smartfon olacaq

“Galaxy S10” çox sürətli yaddaş çipi ilə təchiz ediləcək ilk smartfon olacaq
Sakura

Cənubi Koreyanın elektronika nəhəngi növbəti nəsil qabaqcıl smartfonun xüsusiyyətləri haqda məlumat…

Cənubi Koreyanın elektronika nəhəngi növbəti nəsil qabaqcıl smartfonun xüsusiyyətləri haqda məlumat verib.
 
ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy S10” smartfonu çox sürətli “UFS 3.0” fləş yaddaşı ilə təchiz ediləcək. Bu haqda istehsalçı “Qualcomm 4G/5G Summit” konfransında bildirib.
 
“Galaxy S10” aparatı dünyada belə çiplə təchiz edilmiş ilk smartfon ola bilər. Məlumat üçün, cari ilin əvvəlində təqdim edilmiş “UFS 3.0” fləş yaddaşı məlumatların yüksək sürətlə (11,6 Qbit/s) ötürülməsi ilə səciyyələnir.
 
“Galaxy S10” seriyası 2019-cu ilin fevralında keçiriləcək “MWC” sərgisində təqdim ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR