Dərc edildi: Baxış sayı: 481
G20 koronavirusla mübarizəyə 7 trilyon dollar ayırıb
Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd əl-Cedan G20 ölkələrinin koronavirusla (COVID-19) mübarizəyə 7 trilyon ABŞ dolları ayırdığını açıqlayıb.
“Report” “Əl Ərəbiyyə” televiziyasına istinadən xəbər verir ki, qərar G20 Maliyyə nazirlərinin videokonfrans vasitəsilə keçirilən iclasında qəbul edilib.
Televiziyaya açıqlamasında Cedan bildirib ki, hazırda böhranın təsirlərini azaltmağa və iqtisadi artımı təmin etməyə çalışırıq. Bundan başqa, G20 inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərilməsi haqqında razılaşma əldə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət