Slimfit
  1. AZƏRBAYCAN

Füzulidə Zəhra və nənəsinin xatirə abidəsinin açılışı olub

Füzulidə Zəhra və nənəsinin xatirə abidəsinin açılışı olub
Sakura

Füzulidə Zəhra və nənəsinin xatirə abidəsinin açılışı olub

Füzuli rayonunda ermənilərin açdığı atəş nəticəsində həlak olan iki yaşlı Zəhra və nənəsinin xatirə abidəsi və parkın açılışı olub. 

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, tədbirdə Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının rəhbərliyi, N saylı hərbi hissənin zabit və əsgər heyəti, həmçinin Alxanlı kəndinin sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Zəhra və nənəsinin xatirəsi yad edilib, ermənilərin törətdiyi vəhşiliklərdən söhbət açılıb.

Xatırladaq ki, 2017-ci il iyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR