Dərc edildi: Baxış sayı: 455
Futzal liqalarına 3 hakim təyin olunacaq
AFFA-nın Hakimlər Komitəsi futzal üzrə Birinci və İkinci liqaların oyunlarına 3 hakimin təyin olunması barədə qərar qəbul edib. SİA-nın məlumatına görə, qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və futzal hakimlərinin inkişafı əsas götürülərək qəbul olunub.
Xatırladaq ki, indiyə qədər qeyd olunan liqalarda oyunları 2 hakim idarə edirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət