Dərc edildi: Baxış sayı: 832
Futbolda nadir hadisə: Qəpik əvəzinə kredit kardından istifadə olundu
Çempionlar Kuboku turnirinin “Arsenal” (İngiltərə) – PSJ (Fransa) oyununda maraqlı hadisə yaşanıb.
Oxu.Az xəbər verir ki, Sinqapurda keçirilən matçın yerli hakimi komandaların kapitanlarına meydanın hansı sahəsinin onların olduğunu müəyyənləşdirmək üçün qəpik atışından istifadə etməyib.
Əvəzində isə turnirin təşkilatçısı olan bir nümayəndə turnirin sponsoru olan bankın kredit kartını qəpik əvəzinə atıb.
Bu addım sosial şəbəkələrdə baş hakimin qəpiyini unutmasına dair müzakirələrə yol açıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi keçən matçda “Arsenal” ikinci heyətlə meydana çıxmış PSJ-ni 1:0 hesabı ilə məğlub edir.
Səbuhi MUSAYEV
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət