Slimfit
  1. İDMAN

Futbolda ən yüksək yayım gəlirləri hansı liqadadır?

Futbolda ən yüksək yayım gəlirləri hansı liqadadır?
Sakura

Futbolda ən yüksək yayım gəlirləri hansı liqadadır?

Futbol sadəcə bir oyun deyil, həm də böyük bir sənayedir. Yayım gəlirləri də bunun ən böyük göstəricisidir.

KPMG Football Benchmark komandası İngiltərə Premyer Liqasının yeni beynəlxalq yayım hüquqlarını digər əsas liqalar ilə müqayisə etdi. Premyer Liqanın yayım hüquqları 2019-2022 illəri arasında 4 milyard 740 avroya satıldı. Bu razılığa əsasən, Liqanın 1 milyard 195 milyon avro illik yayım haqqı 1 milyard 580 milyon avroya yüksəldi. La Liqa (İspaniya), Seria A (İtaliya), Bundesliqa (Almaniya) və Liqa 1 (Fransa) üzrə illik yayın haqlarının cəmi isə 1 milyard 381 milyon Avro təşkil edir.

La Liqa (İspaniya) illik beynəlxalq yayım haqlarında 690 milyon avro ilə ikinci sırada yer alır. Seria A (İtaliya) 371 milyon avro, Bundesliqa (Almaniya) isə 240 milyon avro ilə dördüncü sıradadır. Liqa 1-in (Fransa) illik xarici yayım hüquqları 80 milyon avroya bərabərdir.

Beynəlxalq yayım haqları:

Premyer Liqa (İngiltərə)

2019-2022 (1 milyard 580 milyon avro)

La Liga (İspaniya)

2016-2019 (690 milyon avro)

Serie A (İtaliya)

2018-2021 (371 milyon avro)

Bundesliqa (Almaniya)

2018-2021 (240 milyon avro)

Liqa 1 (Fransa)

2018-2024 (80 milyon avro)

 

Pərvanə Aslanova

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR