“Futbola baxmaq üçün toydan qaçıb hoteldə gizləndim” — Ağadadaş Ağayev
“Ölkə.Az” xəbər verir ki, aparıcı Dilarənin qonaqları Aslan, Ağadadaş Ağayev və Günel olub.
Aparıcının Ağadadaş Ağayevlə bağlı xatirəsini danışdıqdan sonra müğənni orijinal versiyanı səsləndirib:
“Lənkəranda toyda idim. “Argentina” və “Almaniya” yığmalarının oyunu var idi. Fikrim qalmışdı oyunda. Əlimi yumaq bəhanəsi ilə aradan çıxdım. Restoranla üzbəüz otel var idi, girdim otelə, dedim mənə bir otaq verin, amma heç kəs bilməsin ki, mən burdayam.
90 dəqiqədən sonra oyun bitdi, geri qayıtmalı idim. Fikirləşdim ki, nə deyəcəm. Gəldim gördüm, toyda aləm dəyib bir-birinə. Ev yiyəsini tapdım qulağına bir söz dedim, qayıtdı ki, a kişi, varım-yoxum sənə qurban, nə yaxşı özünə heç nə olmayıb”.
Aparıcı qeyd edib ki, Ağadadaş Ağayev futbol fanatıdır və bəzən futbola görə toydan imtina etdiyi vaxtlar da olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət