Dərc edildi: Baxış sayı: 475
Futbol üzrə Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub
"Report"un Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Şenol Günəşlə 4 illik müqavilə bağlanılıb. Sözləşmə bu il iyunun 1-dən qüvvəyə minəcək və 2020-ci il Avropa çempionatı ilə 2022-ci il dünya çempionatını da əhatə edəcək.
Qeyd edək ki, hazırda Şenol Günəş "Beşiktaş"ın sükanı arxasındadır. O, klubu cari mövsümün sonunda tərk edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət