Slimfit
  1. İDMAN

Futbol qaydalarına dəyişikliklər təklif olunub

Futbol qaydalarına dəyişikliklər təklif olunub
Sakura

Futbol qaydalarına dəyişikliklər təklif olunub

Oyun qaydalarının tətbiqi və tənzimlənməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklif olunan dəyişiklikləri dərc edib.

NUHÇIXAN-ın məlumatına görə, qurum 4 dəyişikliyi təklif edir:

1) Əvəzlənən oyunçular meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər;
2) Penalti zərbəsi yerinə yetirildiyi zaman qapıçı qapı xətti üzərində bir ayağını saxlaya bilər (Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır);
3) Komandalar rəsmi şəxslərinin həddini aşan davranışları üzündən sarı və ya qırmızı vərəqə ala bilərlər;
4) Sərbəst zərbə zamanı cərimə meydançası daxilində topla oynamaq olar.

Bundan başqa, oyunsonrası penaltilərin yerinə yetirilməsi qaydasındakı dəyişiklikdən – komandaların qeyri-növbəlilik (AB-BA sxemi) üsulu ilə zərbə vurmalarından imtina qərarı verilib. Eyni zamanda razılığa gəlinib ki, cərimə meydançası daxilində topun ələ dəyməsinin qarşılığında hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın.

Yekun qərar gələn ilin martında qəbul olunacaq. Hazırda göstərilən bəndlər tövsiyə xarakteri daşıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR