Slimfit
  1. MEDİA

Fulya Öztürk Gəncədə

Fulya Öztürk Gəncədə
Sakura

Fulya Öztürk Gəncədə

Vətən Müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə “Fulya” adlı sənədli filmin istehsalına başlanılıb. Filmin qəhrəmanı Vətən Müharibəsi zamanı operativliyi və dəqiqliyi ilə Azərbaycan xalqının rəğbətini qazanan türkiyəli müxbir Fulya Öztürkdür. Fulya Öztürkün Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycanın digər şəhər və rayonları kimi Gəncənin də dinc əhalisinə qarşı törətdiyi terror zamanı təqdim etdiyi reportajların filmdə yer alması, çəkilişlərin Gəncədə aparılmasını zəruri edir. Bununla əlaqədar olaraq “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dado” Produksionun çəkiliş qrupu Fulya Öztürklə bərabər Gəncəyə səfər edib. Səfər çərçivəsində Fulya Öztürk Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. İcra Hakimiyyətinin binasında baş tutan görüşdə Türkiyənin Gəncədəki baş Konsulu Zeki Öztürk də iştirak edib.

Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı  Fulya xanımın Gəncə üçün böyük əmək sərf etdiyini vurğulayıb. O bildirib ki, Fulya Öztürk Gəncənin Ermənistanın silahlı qüvvəlləri tərəfindən raket atəşinə tutduğu vaxt  həmin gecənin dəhşətlərini bütün dünya ictimaiyyətinə çatdırmaqla Ermənistanın təcavüzkar siyasətini bir daha sübuta yetirmiş oldu. Şəhər rəhbəri hazırladığı reportajlarla hər kəsin rəğbətini qazanan Fulya Öztürkə göstərdiyi bu fədakarlığa görə minnətdarlığını bildirib.

Fulya Öztürk səmimi görüşə görə icra başçısına təşəkkür edib. Gəncənin ürəyində xüsusi yer tutduğunu dilə gətirən Fulya xanım müharibə zamanı baş verən dəhşətli hadisələrin bir daha təkrarlanmamasını arzulayıb.

“Hadisələrdən böyük sarsıntı keçirməyimə baxmayaraq geri dönməyi, yaxud bu işdən imtina etməyi heç vaxt düşünmədim. Çünki bu savaşı çəkməyi və müharibə nə zaman bitəcəksə o zamana qədər burada qalacağımı özüm istəmişdim. O günlərə bir daha qayıtmaq istəmirəm”-deyə Fulya xanım əlavə edib.

Sonra  44 günlük Vətən Müharibəsində Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdikləri terror hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Fulya Öztürk təşəkkürnamə ilə  təltif edilib və xatirə hədiyyəsi təqdim olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR