Slimfit
  1. AZƏRBAYCAN

Fuad Muradov: “Soydaşlarımız arasında intriqalara son qoyulur” - Müsahibə

Fuad Muradov: “Soydaşlarımız arasında intriqalara son qoyulur” - Müsahibə
Sakura

Fuad Muradov: “Soydaşlarımız arasında intriqalara son qoyulur” - Müsahibə

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun APA-ya müsahibəsi

- Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunanda yəqin ki, ilk olaraq Azərbaycan diasporunun vəziyyətini araşdırıb, məlumat toplamısınız. Siz sədr təyin olunanda Azərbaycan diasporunun vəziyyəti necə idi, sədr təyinatınızdan sonra diaspor təşkilatlarının həyatında nə dəyişib?

- Ölkə Prezidenti böyük etimad göstərib 2018-ci ilin aprel ayında məni Dövlət Komitəsinə sədr təyin etdi. Amma mən Komitə sədri olmamışdan öncə millət vəkili, Milli Məclisin Komitə sədri, müxtəlif ölkələrin parlamentlərarası dostluq qrupunun üzvü kimi xarici səfərlərdə olurdum. Bütün bunlar mənə Azərbaycan diasporu haqqında kifayət qədər informasiya əldə etməyə imkan yaradırdı. Mən xarici səfərlərdə soydaşlarımızla görüşürdüm, onların rəy və təkliflərini dinləyirdim. Yəni, bunları qeyd etməklə bildirmək istəyirəm ki, mən Komitə sədrliyinə nabələd gəlməmişdim, kifayət qədər məlumatlarım var idi. Bununla belə, Komitə sədri kimi diasporla bağlı məsələlər birbaşa vəzifəmiz, bu istiqamətdə dövlət başçısının mühüm tapşırıqları olduğu üçün diasporun fəaliyyətini daha ətraflı təhlil etdik. Mənim sədr təyin edilməyimdən sonra nələrin dəyişdiyini, ümid edirəm ki, bir jurnalist, mətbuat orqanı kimi siz də görürsüz. Soydaşlarımız arasında xüsusi fəallaşma, birgə fəaliyyət istəyi var. İntriqalara son qoyulur, Koordinasiya şuraları yaradılır.  

Bizim başlıca hədəflərimizdən biri xaricdə yaşayan soydaşlarımızın birliyidir. Soydaşlarımız da bundan ruhlanaraq dövlətimiz, dövlətçiliyimiz, azərbaycan­çılıq ideologiyası ətrafında daha sıx birləşməyə çalışırlar. 2018-ci ilin fevral ayında Brüsseldə Azərbaycan diasporu Ümumavropa Qarabağ mitinqi təşkil etmişdi, 20-dan çox ölkədən gələnlər var idi, 10 dildə şüarlar səsləndirildi. Bundan başqa, Koordinasiya Şuraları yaradılır, yəni soydaşlarımız özləri birgə fəaliyyət üçün təşəbbüs göstərirlər. Təbii ki, burada Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Diasporuna Dəstək” Fondunun yaradılması da xüsusi qeyd edilməlidir. Fond diaspor siyasəti sahəsində daha mütəşəkkil və davamlı işlər görməyə imkan yaradır.

Komitə olaraq, Azərbaycan diasporunun müxtəlif mövzularda təşkil etdiyi tədbirlərə mümkün dəstəyi göstəririk. Müvafiq e-mail bazası formalaşdırılıb ki, xəbərləri, informasiyaları e-maillərinə birbaşa göndəririk. Təşkilatların e-mail yaratmaları, sosial şəbəkədə aktiv olmaları, ölkəmiz, xalqımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirilən haqsız, həqiqəti təhrif edən fikirlərə dərhal reaksiya verilməsi üçün bütün mümkün texniki dəstəyi göstəririk. Soydaşlarımızın uğurları Diaspor TV, Diaspor FM, sayt, sosial şəbəkə və s. vasitələrlə cəmiyyətə təbliğ edilir. Həm diaspor təşkilatlarının, həm də Komitənin həyata keçirdiyi tədbirlər xaricdə yaşayan soydaşları­mızın birgə fəaliyyətinin təmin edilməsi, onların dövlətimizin maraqları ətrafında daha sıx birləşməsinə xidmət edir.    

Bütün bunlar, ölkə Prezidentinin qarşımıza qoyduğu vəzifələrdir. Verilən tapşırıqları vaxtında və maksimum səmərəli şəkildə yerinə yetirməyə çalışırıq. “Vətən uzaqda deyil” şüarı ilə hamıya, xaricdə yaşayan hər bir soydaşımıza qarşı diqqətli olmağa çalışırıq. İstəyirik ki, hər bir soydaşımız yaşadığı yerdən asılı olmayaraq, güclü, qüdrətli Azərbaycan dövlətini öz yanında hiss etsin.

- Ötən ilin iyulunda Azərbaycan Diasporuna Dəstək Fondunun yaradıldığını qeyd etdiniz. Son bir il ərzində Fond hansı işlər görüb? Diaspor təşkilatlarına dəstək hansı formada həyata keçirilir?

- “Azərbaycan Diasporuna Dəstək Fondu” Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli sərəncamı ilə yaradılıb. Fondun yaradılması diaspor sahəsində daha sistemli və davamlı işlər görməyə imkan verir. Dövlət Komitəsinin qarşısında həm Əsasnamə, həm dövlət başçısının tapşırıqları ilə müəyyən vəzifələr qoyulur, bunlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, milli-mədəni irsimizin təbliği, azərbaycançılıq ideologiyasının, milli kimliyimizin qorunması və s. aiddir. “Azərbaycan Diasporuna Dəstək Fondu” da qeyd edilən istiqamətlərdə mümkün dəstəyi göstərir.

- Dünya ölkələrində yaşayan azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Dünyada nə qədər azərbaycanlının yaşaması barədə rəhbərlik etdiyiniz komitədə konkret rəqəm varmı?

- Bu barədə konkret rəqəm söyləmək çətindir. Müxtəlif mənbələrdə fərqli rəqəmlərə rast gəlinir. Amma ümumilikdə dünyadakı 50 milyon azərbaycanlının 10 milyonunun Azərbaycanda, 36 milyonunun qonşu İranda (Cənubi Azərbaycanda) yaşadığını nəzərə alsaq, deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində 4 milyondan çox soydaşımız yaşayır. Onu da qeyd edim ki, Dövlət Komitəsində də bu məsələ diqqət mərkəzindədir. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

- Bəzi hallarda istər MDB, istərsə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında narazılıqlar müşahidə olunur. Xaricdəki azərbaycanlıların təşkilatlanması işində əsas problemlər nədən ibarətdir? Azərbaycan diaspor təşkilatlarının vahid cəbhədə birləşə bilməsinə nail olmaq üçün hansı təklifləriniz var və hansı işlər görülür?

- Mən deməzdim ciddi narazılıqlar var, sadəcə fikir ayrılıqları var və bu, fərdi xarakter daşıyır. Bu da təbiidir. Hamı eyni düşünə bilməz və fərqli yanaşmalar normaldır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, yerinə yetirdiyimiz işlər artıq öz bəhrəsini verməkdədir. Dəfələrlə bəyan edilib ki, Dövlət Komitəsi olaraq birgə fəaliyyətə, koordinasiya olunmuş təşəbbüslərə, kollegial qəbul edilmiş qərarlara üstünlük veriləcək. Yəni, soydaşlarımızın birliyi, birgə fəaliyyəti bizim üçün olduqca önəmlidir. Artıq bunun real nəticələri də var. Dünyanın 27 ölkəsində yaşayan soydaşlarımızın təşəbbüsü ilə Koordinasiya şuraları təsis edilib. Artıq soydaşlarımız bu şuralarda birgə layihələrini müzakirə edir, təşəbbüslərini, təkliflərini birgə qərar verərək qəbul edirlər. Koordinasiya şuralarının fəaliyyəti məsələsi Dövlət Komitəsi tərəfindən hazırlanmış Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərdən biridir və bu istiqamətdə işlər ardıcıl şəkildə aparılır.     

- Erməni lobbisinə qarşı mübarizəyə də toxunmaq istərdik. Azərbaycan diasporunun erməni lobbisinin fəaliyyətinə qarşı hansı addımlar atmasını vacib hesab edirsiniz? Komitə erməni işğalının tanıdılması, eləcə də işğalla bağlı erməni yalanlarının çatdırılması üçün hansısa konsepsiyalar üzərində işləyirmi?

- Bu, bizim gündəlik işimizdir və ən vacib məsələdir. Biz həqiqətləri dünyada təbliğ etməklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair real informasiyaları beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, dünyada ermənilərin yalançı, təxribatçı hərəkətlərinə qarşı da mübarizə aparmalı oluruq. Xaricdə yaşayan soydaşlarımız bu ümummilli məsələyə olduqca həssas yanaşırlar və biz də Dövlət Komitəsi olaraq, mümkün dəstəyi göstəririk. Ermənistan səfirliyinin qarşısında etiraz aksiyaları keçirilir, “Qarabağa azadlıq”, “Xocalıya Ədalət”, “Ermənistan, işğala son qoy” və s. şüarlarla mitinqlər keçirilir. Qondarma Dağlıq Qarabağ rejiminin xaricdə keçirmək istədiyi tədbirlər, Ermənistanın xarici ölkələrdə münaqişəyə dair həqiqətləri təkzib edən tədbirləri və s. ilə bağlı soydaşlarımız dərhal reaksiya verir, öz haqq səslərini ucaldırlar. Yenə deyirəm, ötən il fevralın 23-də soydaşlarımız “Ümumavropa Qarabağ mitinqi” keçirdi. 20-dən çox ölkədən iştirakçı var idi, 10 dildə şüarlar səsləndirildi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il çoxsaylı tədbir keçirilir və s. Bunları qeyd etməklə demək istəyirəm ki, bu, hər bir azərbaycanlının, o cümlədən, xaricdə yaşayan soydaşlarımızın, Azərbaycan diasporunun gündəlik işidir.        

- Komitə tərəfindən xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq “Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanırdı. Həmin dərsliyin təqdimatı nə zaman keçiriləcək?

- Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan dili” dərsliyi hazırlanır. Dərslik müvafiq rəylərlə Təhsil Nazirliyinə təqdim edilib. Təhsil Nazirliyinin müsbət rəyi olduqdan sonra kitabın çapı və təqdimatı keçiriləcək. Bu, hələ başlanğıcdır. “Azərbaycan dili” dərsliyi xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün nəzərdə tutulub. Növbəti mərhələlərdə isə daha yuxarı yaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitablarının hazırlanması nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR