Fuad Hüseynəliyev: “Qərb Azərbaycan-Ermənistan münasibətlərindən öz məqsədləri üçün istifadə edir”
“Fransa, ABŞ və Avropa İttifaqı (Aİ) daxil olmaqla Qərb dövlətləri regionda öz məqsədlərinə çatmaq üçün Azərbaycan-Ermənistan münasibətlərindən, normallaşma və sülh sazişinin imzalanması üzrə danışıqlardan istifadə edirlər”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında Aİ, ABŞ və Ermənistan arasında aprelin əvvəlinə planlaşdırılan üçtərəfli konfransa münasibət bildirərkən deyib.
O qeyd edib ki, əgər onlar İrəvana birtərəfli dəstək göstərməsəydilər, bəlkə də, sülh sazişi çoxdan imzalanardı:
“Ermənistanda Azərbaycanla sülh müqaviləsinin bağlanmasına qarşı çıxan ciddi qüvvələr var... Belə konfranslar isə sülh prosesinə yardım etmir, əksinə, Ermənistandakı müəyyən dairələr üçün boş və təhlükəli illüziyalar yaradır”.
F.Hüseynəliyev vurğulayıb ki, Qərb Ermənistanı tamamilə Rusiyanın nəzarətindən çıxarmaq və orada möhkəmlənmək niyyətindədir:
“Lakin Ermənistan anlamalıdır ki, sülh sazişinin imzalanmasını nə qədər gecikdirsə, bu, onun özü üçün bir o qədər pis olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət