Slimfit
  1. SİYASƏT

Fuad Hüseynəliyev: “Azərbaycanı tərk edən separatçılar vəziyyətin perspektivsizliyini dərk edirlər”

Fuad Hüseynəliyev: “Azərbaycanı tərk edən separatçılar vəziyyətin perspektivsizliyini dərk edirlər”
Sakura

Fuad Hüseynəliyev: “Azərbaycanı tərk edən separatçılar vəziyyətin perspektivsizliyini dərk edirlər”

“Azərbaycanın Qarabağ bölgəsində separatizmi qızışdıranlar öz hərəkətlərinin mənasızlığını anlayır və başa düşürlər ki, Azərbaycan öz ərazisində zərrə qədər də separatizmə yol verməmək üçün qəti mövqeyindən əl çəkməyəcək. Nəticə etibarilə onlar Qarabağı tərk edirlər”.

Ens.Az-ın məlumatına görə,bu barədə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində bildirib.

“Ermənistanın Azərbaycanı ləkələmək üçün sonuncu cəhdi BMT Təhlükəsizlik Şurasında edilib, lakin bu, uğursuz alınıb. Laçın yolunun “blokada”sı ilə bağlı məsələni belə beynəlxalq səviyyədə qaldıran Ermənistan gözlənilən nəticəni əldə edə bilmədi. Digər tərəfdən, Azərbaycan Qarabağ bölgəsinin sakinlərini təmin etmək üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi dəfələrlə təklif edib. Əminəm ki, yaxın gələcəkdə bu yoldan Azərbaycan qanunlarını qəbul etməyə, qanunlara uyğun yaşamağa hazır olan insanlar istifadə edəcəklər” , - o qeyd edib.

F.Hüseynəliyev vurğulayıb ki, Azərbaycan ərazisində separatizmi dəstəkləyən və ölkə qanunları ilə yaşamaq istəməyənlər üçün bir çıxış yolu var, o da buradan getməkdir: “Videogörüntülərdən aydın olur ki, insanlar bütün əşyalarını götürüb gedirlər. Bu isə onu göstərir ki, onların geri qayıtmaq niyyətləri yoxdur. Yəqin başa düşürlər ki, bu ölkədə onların "oyunları" üçün heç bir əsas yoxdur. Ola bilər ki, əhalinin müəyyən hissəsi Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak edib, lakin biz bilirik ki, Azərbaycanın dövlət qurumları bu cür cinayətkarları çoxdan müəyyən edib və onlar haqqında məlumat bazası var. Onlar içərisində azərbaycanlılara qarşı soyqırımının iştirakçısı olmasa da, hərbi əməliyyatlarda iştirak edənlər də ola bilər”.

Agentlik rəhbəri onu da bildirib ki, gedənlərin çoxunun Rusiya pasportu var. Bu, o deməkdir ki, rus sülhməramlıları onlara tapşırılan vəzifələrlə kifayət qədər məşğul olmayıblar. Azərbaycanın bu ərazisində qondarma “rus dünyası” yaratmaq planları açıq-aşkar iflasa uğrayıb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR