Slimfit
  1. GÜNDƏM

Fuad Abbasovla bağlı Moskvada aksiya keçirilir

Fuad Abbasovla bağlı Moskvada aksiya keçirilir
Sakura

Fuad Abbasovla bağlı Moskvada aksiya keçirilir

Rusiyada yüzlərlə azərbaycanlı jurnalist Fuad Abbasovun həbsdə saxlanılmasına etiraz olaraq Moskvada yenidən aksiyaya başlayıb.

Axar.az xəbər verir ki, soydaşlarımz paytaxt Moskvanın mərkəzi küçələrindən olan Saxarova, ev 17 ünvanında aksiyaya qoşulublar.

Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko aksiya iştirakçıları ilə görüşərək, azərbaycanlı həmkarının azadlığa çıxması üçün soydaşlarımızla sonadək bir yerdə olacağını bildirib.

Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Məhəmməd Rəfiyev Report-un yerli bürosuna açıqlamasında aksiyanın məqsədindən danışıb. O, bildirib ki, məqsəd jurnalist barədə etiraz səsini bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR