Slimfit
  1. DÜNYA

FTB xaricdəki əməkdaşlarını geri çağırdı

FTB xaricdəki əməkdaşlarını geri çağırdı
Sakura

Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) şərqi və cənub-şərqi Asiya ölkələrində işləyən bir neçə…

Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) şərqi və cənub-şərqi Asiya ölkələrində işləyən bir neçə əməkdaşını Vaşinqtona geri çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilib ki, FTB-nin xaricdəki işçilərini geri çağırmasının səbəbi onların dəbdəbəli əyləncələrdə iştirakı və yüngül həyat tərzi keçirən qadınlarla müntəzəm əlaqələrə görə yaranan qalmaqallarla bağlıdır. 

Qeyd olunub ki, geri çağırılan FTB əməkdaşları şərqi və cənub-şərqi Asiya regionun konkret 6 ölkəsində işləyənlərdir. Lakin həmin ölkələrin adı çəkilmir. 

Qəzetin sorğusuna cavab verən FTB rəhbərliyi də əmədaşların geri çağırılması barədə məlumatı təsdiqləyərək, hazırda ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişinin FTB işçilərinə qarşı ittihamları araşdırdığını bildirib. Lakin onların nədə ittiham olunduğuna aydınlıq gətirməyib. Həmçinin vurğulanıb ki, geri çağırılan FTB əməkdaşları opertaiv fəaliyyətlə məşğul olmayanlardır. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR