Dərc edildi: Baxış sayı: 491
Federal Təhqiqat Bürosu (FTB) cinayətkarları yaxalamaq üçün “Amazon” şirkətinin üz tanıma texnologiyasından…
Federal Təhqiqat Bürosu (FTB) cinayətkarları yaxalamaq üçün “Amazon” şirkətinin üz tanıma texnologiyasından (“Rekoqnişın”) istifadə edir.
Axar.az xəbər verir ki, bunu FTB-nin Terrorla Mübarizə Şöbəsinin müdir müavini Kristin Halvorsen deyib. O, texnologiyanın terrorla mübarizə istintaqında effektiv nəticə verdiyini bildirib:
“Həftə boyu bütün sutkanı işləyən agentlərimiz və analitiklərimiz var, amma işçilərimizin həftələrlə gördüyü işi “Rekoqnişın” 24 saatda görə bilir”.
ABŞ Mülki Azadlıqlar Birliyi isə “Amazon”dan sözügedən texnologiyanın hüquq-mühafizə orqanlarına satışını dayandırmağı tələb edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət