Slimfit
  1. İDMAN

Fransız futbolçu hərbi salam verə bilər, türklər yox?!

Fransız futbolçu hərbi salam verə bilər, türklər yox?!
Sakura

Fransız futbolçu hərbi salam verə bilər, türklər yox?!

Türkiyə futbolçularının Avro-2020-nin seçmə mərhələsində Fransa millisinə vurulan qoldan sonra hərbi salam verməsi Avropa mediasında yanlış aspektlərdə qiymətləndirilib.

Axar.az xəbər verir ki, Almaniyanın məşhur “Bild” qəzeti türk futbolçuların şəhid və hərbçiləri yad edərək, hərbi salam verməsini Hitlerin məşhur nasist salamına bənzədib.

“Bild” Bolqarıstan–İngiltərə matçında bolqar azarkeşlərin nasist salamı verməsi ilə türklərin hərbi salam verməsini eyniləşdirib.

Türkiyənin “Xəbər7” qəzeti isə fransız və alman mediasının bu cür təxribatlarına Fransanın dünyaca məşhur futbolçusu Antuan Qrizmanın ölkə lideri E.Makrona hərbi salam verərkən çəkilmiş fotosunu təqdim etməklə cavab verib.

 

Qeyd edək ki, ötən gün Türkiyə millisi səfərdə Fransa ilə 1-1 bərabərə qalaraq, Avro-2020-yə vəsiqə qazanmaq yolunda böyük addım atmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR