Dərc edildi: Baxış sayı: 706
Fransız deputatlar Xankəndidə “Fransa-Artsax” dostluq rəmzi ucaltdı
Xəbər verdiyimiz kimi, Fransanın bir qrup deputatı növbəti dəfə Azərbaycanın işğal altındakı torpaqlarına 3 günlük səfərə gəlib.
Moderator.az-ın əldə etdiyi yeni məlumata görə, fransız deputatlar Xankəndidə “Fransa- Artsax dostluğu”na həsr olunmuş rəmzin açılışını ediblər. Simvolik yol göstəricilərinin üzərində işğal altındakı Azərbaycan şəhərləri və onların "qardaşlaşdığı" Fransa şəhərlərinin fransız və erməni dillərində adları, eləcə də həmin şəhərlər arasındakı məsafələr yazılıb. “Azadlıq” parkında qurulmuş rəmzin açılış tədbirində qondarma rejimin “parlament sədri” hesab edilən Aşot Qulyan və “Fransa-Artsax dostluq dərnəyi”nin rəhbəri, deputat Qi Tisye çıxış edib. Fransız parlamentari bəhs edilən rəmzin təsadüfən “Azadlıq” parkında açılmadığını bildirərək Qarabağdakı ermənilərin “azadlıq uğrunda” mübarizəsindən danışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət