Dərc edildi: Baxış sayı: 579
Fransanın mədəniyyət nazirində koronavirus aşkar olunub
Bakı. Trend:
Fransanın mədəniyyət naziri Frank Riester koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə "France-Presse" agentliyi nazirliyin nümayəndəsinə istinadən bildirib.
Bildirilib ki, nazirin test nəticələri müsbət olub. Nazirlik nümayəndəsi deyib ki, test infeksiya əlamətlərinin təzahüründən sonra edilib.
Onun sözlərinə görə, hazırda F.Riester Parisdə öz mənzilindədir və özünü yaxşı hiss edir.
Qeyd edək ki, son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 1412 nəfərə çatıb, 25 nəfər ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət