Dərc edildi: Baxış sayı: 432
Fransanın INITIATIVES instrumental triosu Bakıda çıxış edəcək
Fransanın INITIATIVES instrumental triosu Bakıda konsert verəcək.
Fransanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, qrup oktyabrın 20-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində çıxış edəcək.
Müxtəlif illərdə Kenni Berron (Kenny Barron), Çarli Mariano (Charlie Mariano), Li Konits (Lee Konitz) kimi görkəmli musiqiçilərlə əməkdaşlıq etmiş Jan-Kristof Şolenin solisti olduğu ansamblın repertuarı caz melodiya refleksiyalarından ibarətdir.
Abstrakt improvizələrlə ifa olunan "Cahire", "Middle of Nowhere", "Xingang East Road" adlı kompozisiyalar dinləyiciləri Şərq ölkələrinə olmasa da, sehirli bir mühitə aparır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət