Slimfit
  1. AZƏRBAYCAN

Fransalı senator: "Azərbaycan peykinin fəzaya buraxılması uğurlu inkişafın bariz nümunələrindəndir"

Fransalı senator: "Azərbaycan peykinin fəzaya buraxılması uğurlu inkişafın bariz nümunələrindəndir"
Sakura

Fransalı senator: "Azərbaycan peykinin fəzaya buraxılması uğurlu inkişafın bariz nümunələrindəndir"

"Azərbaycan peykinin fəzaya buraxılması uğurlu inkişafın bariz nümunələrindəndir". 

Bunu “Report“un Qərbi Avropa bürosuna açıqlamasında Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun, həmçinin Xarici İşlər, Müdafiə və Silahlı qüvvələr üzrə Komissiyanın üzvü, müxtəlif illərdə müdafiə və ədliyyə üzrə dövlət katibi işləmiş senator Jan-Mari Bokel bildirib.

Onun sözlərinə görə, bu gün dünya ölkələri üçün kosmik sahənin inkişafı böyük əhəmiyyət kəsb etməyə başlayıb: "Bir neçə il bundan əvvələ nəzər salsaq, Avropa Kosmos Agentliyinin bu sahədə, demək olar, tək fəaliyyət göstərdiyini görərik. ABŞ tədqiqat və peyk sahəsində yox, daha çox raketlərin fəzaya buraxılması üzrə mütəxəssisləşmişdi və əsasən, böyük şirkətlərlə əməkdaşlıq edirdi. Bu gün isə dünyanın böyük dövlətləri, habelə Çin, Yaponiya, Hindistan və digər ölkələr kosmos sahəsini inkişaf etdirməyə başlayıblar. Peykə malik olmaq ilk öncə iqtisadi maraq kəsb edir. Belə ki, müasir dövrümüzdə lazımi məsələlər, yəni telefonlaşdırılma, iqlimin müşahidə edilməsi və s. üçün istifadə edilir. Bununla yanaşı, peykə malik olmaq ölkələrin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malikdir. Bu gün Fransa Avropada kosmos sahəsindəki birinciliyini əlində saxlaya bilib. Azərbaycanın əməkdaşlıq etdiyi “Ariane 5“ də Avropada uğurları ilə tanınıb”.

 

Jan-Mari Bokel

Fransa Senatında Xarici İşlər, Müdafiə və Silahlı qüvvələr üzrə Komissiyanın üzvü Jan-Mari Bokel 

Ölkə karbohidrogen ehtiyatlarına malik ölkədən iqtisadi diversikasiya ölkəsinə çevrilib. Bu gün artıq Azərbaycan iqtisadiyyatının bütün sahələrini inkişaf etdirir, o cümlədən kosmos sahəsindəki imkanları da uğurla genişləndirməkdədir

 

Senator deyib ki, Azərbaycan böyük iqtisadi dəyişikliklərə qədəm qoyub: "Ölkə karbohidrogen ehtiyatlarına malik ölkədən iqtisadi diversikasiya ölkəsinə çevrilib. Bu gün artıq Azərbaycan iqtisadiyyatının bütün sahələrini inkişaf etdirir, o cümlədən kosmos sahəsindəki imkanları da uğurla genişləndirməkdədir. Elə Azərbaycan peykinin fəzaya buraxılması uğurlu inkişafın bariz nümunələrindəndir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR