Slimfit
  1. MƏDƏNİYYƏT

Fransalı fotoqraf: 'Azərbaycan gələcəyə baxan, amma keçmişini də unutmayan ölkədir'

Fransalı fotoqraf: 'Azərbaycan gələcəyə baxan, amma keçmişini də unutmayan ölkədir'
Sakura

Fransalı fotoqraf: 'Azərbaycan gələcəyə baxan, amma keçmişini də unutmayan ölkədir'

"Azərbaycan gələcəyə baxan, amma keçmişini də unutmayan ölkədir".

Bunu “Report”a müsahibəsində tanınmış fransalı fotoqraf, bir sıra nüfuzlu mükafatların sahibi Qreqori Herpe bildirib.

O, ilk dəfə Azərbaycana bu ilin yayında gəldiyini qeyd edib: “Son ilyarım ərzində ölkənizi Fransada, bütövlüklə Qərbi Avropada daha geniş tanıtmaq üçün bir sıra məruzələr üzərində çalışmışam... Bir ölkəni, onun mədəniyyətini, tarixini dərk etmək üçün o ölkəyə gedib insanları ilə söhbət etmək, yaşayışlarını görmək lazımdır”, - deyən qonaq Azərbaycan iqliminin xeyli fərqli olduğunu bildirib: “Bura fotoqraf üçün kiçik bir cənnətdir”.

“Azərbaycan haqqında daha dəqiq təsəvvür yaratmaq üçün ölkəyə bir daha qayıtmalıyam. İlin sonunadək buraya gəlmək fikrindəyəm. Bu dəfə Azərbaycandakı bütün dinlərin burada mehriban yaşayan müxtəlif nümayəndələrinin şəkillərini çəkmək istəyirəm. Bu, Yer kürəsində necə də nadir haldır!”, - deyən Q.Herpe Azərbaycanı müxtəlif millətlərin, dinlərin nümayəndələrinin əmin-amanlıq içində birgə yaşadıqları gözəl, nurlu ölkə kimi bütün dünyaya göstərməyin vacibliyini vurğulayıb: “Bu, hamı üçün ibrətamiz dözümlük nümunəsidir”.

“Mənim üçün Azərbaycan gələcəyə baxan, amma keçmişini də unutmayan ölkədir. Bütün ölkə boyu qoryuyb saxladığınız tarixi, mədəniyyəti görmüşəm. Bu, çox yaxşıdır. Bununla belə burada "Formula 1" qran prisi keçirilir, xeyli dəbdəbəli hotellər var, yəni qərbi avropalıların vaxt keçirməyi üçün sevdikləri hər cür şərait yaradılıb”, - fransalı fotoqraf qeyd edib.

“Məncə, bu ölkə Qərbdə hələ də az tanınır, belə vəziyyət dəyişməlidir”, - Q.Herpe fikrini tamamlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR