Dərc edildi: Baxış sayı: 194
Fransada yeniyetmənin öldürülməsindən sonrakı iğtişaşlar zamanı 150 nəfər saxlanılıb
Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı 150 nəfər saxlanılıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin bildirib.
"Respublikanın simvollarına qarşı qəbuledilməz zorakılıq gecəsi: bələdiyyə binalarına, məktəblərə və komissarlıqlara hücumlar və ya onların yandırılması. 150 nəfər həbs edilib", - o, tviterdə yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət