Slimfit
  1. DÜNYA

Fransada tibbi maskaları geyinmək məcburi ola bilər

Fransada tibbi maskaları geyinmək məcburi ola bilər
Sakura

Fransada tibbi maskaları geyinmək məcburi ola bilər

Fransada may ayının 11-dən koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yumşaldıqdan sonra ictimai nəqliyyatdan istifadə edən şəxslərin qoruyucu maskalardan istifadəsi məcburi ola bilər.

“Report” “TASS”a istinadən xəbər verir ki, belə bir bəyanatla Beşinci respublikanın baş naziri Eduard Filipp çıxış edib.

Hökumət başçısı əlavə edib ki, insanların sıx olduğu digər yerlərdə də qoruyucu maskaların taxılması zəruridir.

Öz növbəsində Səhiyyə naziri Olivye Veran bildirib ki, əhalinin ehtiyaclarını tam ödəmək üçün xüsusi parçadan hazırlanan qoruyucu maskaların istehsalı artırılıb.

“Həftə ərzində 17 milyon qoruyucu maska istehsal etməyi düşünürük. Onların əksəriyyəti yuyula və təkrar istifadə edilə bilər. Bəziləri beş dəfə, bəziləri iyirmi, bəziləri hətta 30 dəfə yuyulub istifadə edilə bilər” - deyə nazir bildirib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR