Dərc edildi: Baxış sayı: 449
Fransada istilər səbəbindən ən köhnə AES-in reaktorunun işi dayandırılıb
Fransanın "Électricité de France" (IDF) dövlət enerji istehsalı şirkəti ölkədə ən köhnə "Fessenxaym" AES-nin reaktorlarından birinin işini dayandırıb.
Trend-in məlumatına görə, reaktorlardan birinin işinin dayandırılmasına səbəb havanın istisi olması olub.
Dövlət enerji istehsalı şirkətinin məlumatında bildirilir: "Avqustun 4-ü saat 04:09-da Fessenxaym AES-nin reaktorunun birinin işi hazıki iqlim şəraiti səbəbindən dayandırılıb".
Qeyd edək ki, Fransanın 67 departamentində istilər səbəbindən "sarı" təhlükə səviyyəsi tətbiq olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət