Dərc edildi: Baxış sayı: 216
Fransada iğtişaşlarla əlaqədar yüzlərlə etirazçı saxlanılıb
Səhər saatlarında Fransada iğtişaşlarla əlaqədar yüzlərlə insan saxlanılıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen sosial şəbəkə hesabında yazıb.
Nazir bütün ölkə üzrə 400-dən çox insanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını açıqlayıb.
“Axşam saatlarından indiyədək 427 nəfəri həbs edən polisin qətiyyətli tədbirləri sayəsində gecə daha sakit keçdi”, - nazirin paylaşımında bildirilir.
İyulun 2-si bazar gününə keçən gecə 45 mindən çox fransız polisi və jandarmı vəzifəsini yerinə yetirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət