Fransada iğtişaşlar səbəbindən məktəblər bağlanıb
Fransada minlərlə şagird iğtişaşlar nəticəsində bir çox təhsil müəssisəsinin binaları zədələndiyi üçün bu gün dərsə getməyəcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə BFMTV kanalı məlumat yayıb.
Ən çətin vəziyyət Amiens, Dijon və Brestdə yaranıb. Bəzi tədris binaları o qədər zədələnib ki, ilin sonuna kimi açılmayacaq.
Bundan əvvəl Fransanın 10 şəhərində komendant saatı elan olunub. Fransa Merlər Assosiasiyasının rəhbəri David Lisnar iyulun 3-də ölkə boyu meriyaların qarşısında mitinqlərin keçiriləcəyini bildirib. Bununla yanaşı, güllələnən yeniyetmənin nənəsi iğtişaşlara son qoymağa çağırıb.
Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nantrda başlayan aksiyalar bir gün sonra onlara Lill və Tuluza sakinləri də qoşulub. Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət