Dərc edildi: Baxış sayı: 181
Fransada iğtişaşlar: Makron müşavirə çağırır
Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən iştişaşlarla mübarizə məqsədilə bu gün axşam müşavirə keçirəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
“Dövlət başçısı baş verənlərlə bağlı saat 19:30-da (Bakı vaxtı ilə 21:30) Yelisey sarayında Baş nazir Elizabet Born, daxili işlər naziri Jerald Darmanen və ədliyyə naziri Erik Düpon-Moretti ilə görüş keçirəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra ölkənin əksər şəhərlərində iğtişaşlar başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət