Dərc edildi: Baxış sayı: 194
Fransada iğtişaşçılar Holokost qurbanlarının xatirəsini təhqir ediblər
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Fransada hakimiyyətə qarşı davam edən iğtişaşlarda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidə təhqir olunub.
Videoda nümayişçilərin Fransa bayrağını endirərək ayaqlar altında tapdaladıqları görünür.
Həmçinin Nasistlərin qurbanı olmuş şəxslərin xatirəsinə ucaldılmış abidənin üzərinə də müxtəlif şüarlar yazılıb.
Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib.
Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət