Slimfit
  1. DÜNYA

Fransada etiraz aksiyası bir nəfərin ölümünə səbəb olub

Fransada etiraz aksiyası bir nəfərin ölümünə səbəb olub
Sakura

Fransada etiraz aksiyası bir nəfərin ölümünə səbəb olub

Fransanın cənubundakı Aryex departamentindən keçən N20 avtomobil magistralında fermerlərin etiraz aksiyası zamanı baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” RMC-yə istinadən xəbər verir ki, bu barədə Fransa Fermerlər İttifaqları Milli Federasiyasının rəhbəri Arno Russo bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində qadın ölüb, onun həyat yoldaşı və qızı isə ağır yaralanıb.

Qeyd edilib ki, bu magistral etiraz aksiyası səbəbindən fermerlər tərəfindən qismən bağlanıb.

Xatırladaq ki, fermerlər Ukraynadan Fransaya kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirlərinin azalmasından narazıdırlar. Onlar həmçinin Avropa İttifaqının bu sahədəki bürokratik prosedurlarının sadələşdirilməsini tələb edirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR